Təlimçi Elşad Ağazadənin həm tədris sahəsində həm də proqramlaşdırma sahəsində yüksək təcrübəsi vardır. Sinifdə tələbə sayı az olduğundan siz sürətli irəliləyə biləcəksiniz, tədrisimiz və dərs materiallarımız real iş yerlərinin tələbləri əsasında hazırlanıb. Təlimçi haqda ətraflı məlumat
Siz düşərgəni bitirdiyinizdə güclü texniki bazanız olacaq. Həmçinin siz bir çox tələb olunan yeni texnologiyalarda ustalaşacaqsınız. Tədris müddətində həftənin beş günü sinifdə keçilən dərslərə uyğun müxtəlif tapşırıqlar yerinə yetirilir. Həmçinin hər həftə iki ev tapşırığı şəklində mini proyektlər təqdim edilir. Bununla yanaşı hər beşinci həftə Layihə Həftəsi elan olunur və bir həftə ərzində tələbələr komanda şəklində real proyekt üzərində işləyirlər və həftənin sonunda təqdimat keçirilir. Düşərgənin sonunda isə hər bir tələbə uğurla məzun ola bilmək üçün final proyekt təqdim etməlidir. Curriculum haqda daha ətraflı
Karyera Planlaşdırma Mərkəzimiz məzunlarımıza uğurlu CV hazırlanma qaydaları, müsahibələrdə nələrə diqqət edilməli olduğu haqda kiçik təlimlər təşkil edir.
Biz öyrənməyə ac olan, çətinliklərdən qorxmayan, qarşısına çıxan problemləri həll etməyi sevən və kodlaşdırmanı sevərək öyrənmək istəyən insanlar axtarırıq. Həvəsli və komanda ruhlu tələbələr hər zaman bizim düşərgədə uğurlu olurlar.
Məsləhət
Müşahidələrimiz göstərir ki, həftə ərzində dərs saatlarından əlavə olaraq minimum 10 maksimum 20 saat proqramlaşdırmaya sərf etmək sizi hədəflərinizə daha tez çatdıracaq. Əlavə saatlarınızı siz ev tapşırıqlarına, sinifdə öyrəndiklərinizi təkrarlamağa və sinifdə yazdığınız kodları təkrar yazmağa, proqramlaşdırmaya aid əlavə araşdırmalar etməyə sərf etməlisiniz.
Proqramlaşdırma Düşərgəsi
Front-end kurslarımız 16 həftə, MERN stack kurslarımız isə 28 həftə davam edir. Tədris istəyə görə həm onlayn və həm də offline olaraq təşkil edilir. Dərslərimiz növbəyə uyğun olaraq səhər və axşam saatlarında başlayıb 3 saat davam edir. Rəsmi bayram günləri istisna olmaqla bazar ertəsindən cümə gününə qədər hər gün keçirilir.
Hər gün sinifdə fərqli işlər görəcəksiniz, lakin siz əsasən dərs saatlarının böyük hissəsini tək və ya cüt şəkildə kod yazmağa sərf edəcəksiniz.
Günlük cədvəl:
Leksiyalar və Tapşırıqlar | Layihə Həftəsi | Leksiyalar və Tapşırıqlar | Layihə Həftəsi | Leksiyalar və Tapşırıqlar | Final Proyektinin Təqdimatı | |
---|---|---|---|---|---|---|
10:00 (Səhər növbəsi) 19:00 (Axşam növbəsi) |
Leksiya | Komandanızla birgə gün ərzində sizə verilən proyektin üzərində işləyirsiniz. | Leksiya | Komandanızla birgə gün ərzində sizə verilən proyektin üzərində işləyirsiniz. | Leksiya | Final proyektinin təqdimatı üçün sliderlərin hazırlanması və repetisiya. |
11:00 (Səhər növbəsi) 19:00 (Axşam növbəsi) |
Leksiya mövzusuna uyğun sinif tapşırıqları | Leksiya mövzusuna uyğun sinif tapşırıqları | Leksiya mövzusuna uyğun sinif tapşırıqları | |||
11:00 (Səhər növbəsi) 16:00 (Günorta növbəsi) |
Leksiya mövzusuna uyğun sinif tapşırıqları | Leksiya mövzusuna uyğun sinif tapşırıqları | Leksiya mövzusuna uyğun sinif tapşırıqları |
Veb səhifələrə daxil olarkən brauzerinizdə gözlə gördüyünüz hər bir elementin hazırlanıb qoyulması Front-end proqramlaşdırmaya aiddir
HTML5, CSS3, JavaScript və jQuery kitabxanası
HTML5, CSS3, JavaScript və jQuery kitabxanası, React.JS
Veb səhifələrin arxasında dayanan "Serverlərdə" işləyən və səhifənin dinamikliyini və funksionallığını təmin edən proqramların yazılması Back-end proqramlaşdırmaya aiddir
Front-end üçün öyrəndiyiniz JavaScript dili back-end üçün istifadə edilmir. Sıfırdan fərqli dil öyrənmək məcburiyyətindəsiz.
Node.JS texnologiyası proqramlaşdırma sənayesində böyük qapılar açdı. Onun vasitəsi ilə yalnızca front-end üçün istifadə edilən JavaScript dili 2010-cu ildən artıq back-end üçün də istifadə edilməyə başlandı və böyük uğurlar əldə olundu.
Düşərgəmizdə Node.JS ilə yanaşı veb serverlərin sürətli qurulması üçün geniş istifadə olunan Express.JS framework də tədris olunur. Beləliklə siz heç bir əlavə dil öyrənmədən yalnızca JavaScript biliyi ilə həm də back-end proqramçı olacaqsınız.