{ 12 illik iş təcrübəsi; 1.5 il ərzində 40+ uğurlu yetirmə; 80+ layihə; }

Elşad Ağazadə

Proqramçı (Software Engineer), Təlimçi

Tədris təcrübəsi

Öz proqramlaşdırma düşərgəmi yaratmamışdan əvvəl Amerikadnın Kaliforniya ştatında fəaliyyət göstərən məşhur "Berkeley Universitetinin Proqramlaşdırma düşərgəsinə" qatılaraq onların öyrətmə metodologiyasını araşdırmışam, Azərbaycana qayıtdıqdan sonra burada hal-hazırda məşhur olan kodlaşdırma düşərgələrindən birini təsis etmişəm. Bu müəssisədə yetişdirdiyim tələbələr hal-hazırda müxtəlif layihələrdə, startaplarda və şirkətlərdə proqramçı kimi öz karyeralarına davam edirlər. Bununla yanaşı mən Azərbaycanda məşhur neft şirkəti olan "British Petroliumun" mütəxəssislərinə proqramlaşdırma və Data Analitika təlimləri keçmişəm. Həmçinin "Britaniya Konsulluğunun" təşkil etdiyi fiziki məhdudiyyətli şəxslərin özünü inkişaf məqsədli layihəsində iştirak edərək fiziki məhdudiyyətli şəxslərə web proqramlaşdırma ilə bağlı təlimlər keçmişəm.

Proqramlaşdırma təcrübəsi

Proqramçı kimi mən öz karyerama universitet illərindən başlamışam. Hələ 2004-2006-cı illərdə Azərbaycanda az sayda fəaliyyət göstərən veb studiyalardan biri də dostlarımla birgə təsis etdiyimiz "iCanDo LTD" şirkəti idi. Biz gənc komanda olmağımıza baxmayaraq o zamanların nəhəngi olan Nurgün Motors, Toyota, Suzuki və başqa şirkətlərlə uğurlu layihələr həyata keçirmişik. Daha sonra müxtəlif sektorlarda fəaliyyət göstərən bir çox yerli şirkətlərlə müxtəlif layihələr işlədikdən sonra ABŞ-da və xüsusən də Silikon Vadidə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etmişəm və bir çox uğurlu layihələrə imza atmışam. Hal-hazırda Palo-Altoda yerləşən şirkətlərlə əməkdaşlığım davam edir. Bundan əlavə mən Open Source cəmiyyətinə də dəstək verirəm. Rəsmi olaraq Oracle şirkətinin MySQL məhsulu üzrə dəstəkçisiyəm. Hal-hazırda isə boş vaxtlarımda əməliyyat sistemlərinin arxitekturasını araşdırıram.

Tədbirlər

Open source və programlaşdırmaya aid bir çox vebinarlar və görüşlərlə yanaşı maraqlı workshoplar da təşkil etmişəm. Həmçinin Avrasiya üzrə keçirilən Eurasian Startup Awards müsabiqəsində 2019 və 2020-ci illərdə "Süni Zəka" və "Data Science" kateqoriyaları üzrə münsiflər heyətinin üzvü olmuşam.

  • 80 PROYEKT
  • 40 UĞURLU YETİRMƏ
  • 19200 İŞ SAATI